Əsas Səhifə > Hadisə > Hacıqabulda yol qəzasında bir nəfər ölüb, biri yaralanıb
Hacıqabulda yol qəzasında bir nəfər ölüb, biri yaralanıb3-01-2019, 07:48 |
|
Axşam saatlarında Hacıqabul şəhərində ölümlə nəticələnən ağır yol qəzası baş verib. “Report”un Mil-Muğan bürosunun məlumatına görə, "VAZ-2106" markalı avtomobilin dumanlı havada yol kənarındakı beton maneəyə çırpılması nəticəsində 2 nəfər - 1993-cü il təvəllüdlü Həsənov Vasif Şahin oğlu və 1986-cı il təvəllüdlü Məmmədov Tahir Mirzəmməd oğlu ağır xəsarət alıb. Yaralılar Şirvan Şəhər Xəstəxanasına aparılarkən, V.Həsənov yolda ölüb. Digər şəxs isə xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Daha əvvəl Bərdədə maşın elektrik dirəyinə çırpılıb. Rubrika.az Geri qayıt |