Əsas Səhifə > Dünya > Venesuela ABŞ-ı daxili işlərinə qarışmaqda ittiham edib

Venesuela ABŞ-ı daxili işlərinə qarışmaqda ittiham edib


3-01-2019, 07:53
Venesuela ABŞ-ı daxili işlərinə qarışmaqda ittiham edib

Venesuelanın Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ı Latın Amerikasının digər dövlətlərinə qarşı təzyiq və şantajdan istifadə edərək Karakasın daxili işlərinə qarışmaqda ittiham edib.

Rubrika.az “Report”a istinadla xəbər verir ki, XİN-in bəyanatı Amerikanın dövlət katibi Maykl Pompeonun Braziliyaya səfəri ilə əlaqədar edilib.

"Venesuela hökuməti ölkədəki mövcud rejimin devrilməsinə nail olmaq kimi zəhlətökən niyyətini həyata keçirmək üçün Latın Amerikası ölkələrinin Venesuela xalqına qarşı aqressiyasını artırmaq məqsədi ilə buradakı Vaşinqtona tabe olan hökumətlərə birbaşa təlimat vrməkdən ötrü öz xaotik fəaliyyəti çərçivəsində Latın Amerikasına gələn ABŞ-ın dövlət katibi Maykl Pompeonun müdaxiləçi davranışlarını qəti şəkildə rədd edir", - deyə məlumatda bildirilir.

Bəyanatda qeyd olunur ki, "Tramp administrasiyası region ölkələrinə qarşı təzyiq və şantajdan istifadə etmək yolu ilə Venesuelanın daxili işlərinə müdaxilə edir".

Rubrika.az
Geri qayıt