Əsas Səhifə > Hadisə > Nazirlik: Bakıda 5 nəfər fişəng və pirotexniki vasitələrin partlaması nəticəsində xəsarət alıb
Nazirlik: Bakıda 5 nəfər fişəng və pirotexniki vasitələrin partlaması nəticəsində xəsarət alıb3-01-2019, 10:47 |
|
Bayram günlərində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan müraciətlərin sayı açıqlanıb. Səhiyyə Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, dekabrın 31-də stansiyaya ümumilikdə 2356 nəfər, yanvarın 1-də isə 2398 nəfər müraciət edib. Qeyd olunub ki, onlardan 5 nəfəri fişəng və pirotexniki vasitələrdən ziyan çəkənlər olub: “Onlardan 2-si yanıq, 3-ü əlin travması diaqnozu ilə xəstəxanaya aparılıb. Bundan başqa, həmin müddətdə 3 nəfər qidadan zəhərlənib. Müraciət edənlərin 647 nəfəri uşaq olub”. Rubrika.az Geri qayıt |