Əsas Səhifə > Hadisə > Bakıda transformator oğurlamaq istəyən keçmiş məhkum saxlanılıb

Bakıda transformator oğurlamaq istəyən keçmiş məhkum saxlanılıb


3-01-2019, 13:21
Bakıda transformator oğurlamaq istəyən keçmiş məhkum saxlanılıb

Bakıda transformatoru sökərək oğurlamaq istəyən keçmiş məhkum saxlanılıb.

Rubrika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, yanvarın 2-də Xətai rayonu Babək prospektindən keçən dəmir yolu xəttinin yaxınlığında quraşdırılmış “drossel” transformatorunu sökərək oğurlamağa cəhd göstərən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Fərid Allahquliyev Nəqliyyatda Baş Polis İdarəsinin (NBPİ) Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıb.

Hadisə yerini tərk etmiş, əvvəllər məhkum olunmuş Nizami Əlləzov və Bakı şəhər sakini Füzuli Əlləzov isə Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq YNPİ-yə təhvil veriliblər.


Rubrika.Az
Geri qayıt