Əsas Səhifə > Hadisə > Abşeronda 45 yaşlı qadın evində qətlə yetirildi

Abşeronda 45 yaşlı qadın evində qətlə yetirildi


4-01-2019, 14:56
Abşeronda 45 yaşlı qadın evində qətlə yetirildi

Abşeron rayonunda qadın evində qətlə yetirilib.

Rubrika.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsi, Təzəkənd kəndi ərazisində baş verib.

Həmin kənddə yaşayan, 1973-cü il təvəllüdlü Məmmədova Əqidə Mirzəkişi qızının üzərində zorakılıq əlamətləri olan meyiti yaşadığı evdən tapılıb.

Qətlin kim tərəfindən və hansı məqsədlə törədildiyi məlum deyil.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Rubrika.az
Geri qayıt