Əsas Səhifə > Hadisə > İntensiv yağış yağacaq, güclü külək əsəcək- XƏBƏRDARLIQ
İntensiv yağış yağacaq, güclü külək əsəcək- XƏBƏRDARLIQ3-01-2019, 17:12 |
![]() Növbəti iki gündə Azərbaycanda küləkli hava şəraiti müşahidə olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 3-ü axşam arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı ehtimalı var. Yanvarın 4-ü günün ikinci yarısından 5-i səhərədək cənub-qərb küləyinin arabir güclənəcəyi, yanvarın 5-də axşam isə arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. Azərbaycanın rayonlarında yanvarın 4-ü gündüz, 5-də qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir. Rubrika.az Geri qayıt |