Əsas Səhifə > Hadisə > Prokuror sabiq MTN əməkdaşına cəza istəyib - 9 il
Prokuror sabiq MTN əməkdaşına cəza istəyib - 9 il3-01-2019, 17:43 |
![]() Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməkdə və dələduzluqda təqsirləndirilən sabiq Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşı Vüqar Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Rubrika.az-ın "Report"a istinadla xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən iclasda məhkəmə istintaqı başa çatıb. Dövlət ittihamçısı çıxışında V.Allahverdiyevin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmənin növbəti iclası yanvarın 10-na təyin olunub. İttiham aktına əsasən, V.Allahverdiyev həbsxanada olan zaman məhkum edilmiş şəxslərin və onların yaxın qohumlarının etibarından sui-istifadə etmə və ya aldatma yolu ilə onlara məxsus müxtəlif məbləğlərdə pul vəsaitlərini ələ keçirib. Qeyd edək ki, dələduzluqda ittiham edilən V.Allahverdiyev daha əvvəl ləğv edilmiş MTN-də işləyib Rubrika.az Geri qayıt |