Əsas Səhifə > Hadisə > Böyük Bəhmənlidə yanğın olub
Böyük Bəhmənlidə yanğın olub3-01-2019, 20:15 |
|
Füzulidə yanğın olub. Oxu.Az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə rayonun Böyük Bəhmənli kəndində baş verib. Nəticədə ümumi sahəsi 320 m² olan ikimərtəbəli 6 otaqlı evin ikinci mərtəbəsində iki otağın tavanı və dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Rubrika.Az Geri qayıt |