Əsas Səhifə > Hadisə > Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, 20 nəfər təxliyyə edilib
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, 20 nəfər təxliyyə edilib3-01-2019, 20:41 |
|
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. "Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində qeydə alınıb. Belə ki, ümumi sahəsi 85 m² olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və əşyaları 16 m² sahədə, eyvanında quraşdırılmış məişət avadanlığı və qaz sayğacı yanıb, dəhlizinin divar üzlüyü 6 m² sahədə qarsalanıb. Yanğın zamanı 20 nəfər yanğınsöndürənlər tərəfindən təxliyyə edilib, xəsarət alan olmayıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb. Rubrika.Az Geri qayıt |