Əsas Səhifə > Hadisə > Rusiyada uçan binanın dağıntıları altında qalan cəsədlərin hamısı çıxarıldı

Rusiyada uçan binanın dağıntıları altında qalan cəsədlərin hamısı çıxarıldı


3-01-2019, 21:31
Rusiyada uçan binanın dağıntıları altında qalan cəsədlərin hamısı çıxarıldı

Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasında qaz sızması nəticəsində baş verən partlayış və onun təsirindən binanın giriş hissəsinin uçması nəticəsində ölənlərin hamısının cəsədi dağıntılar altından çıxarılıb. Rubrika.Az Modern.az-a istinaden xəbər verir ki, binanın uçan blokunun dağıntıları altında qalanların hamısı çıxarılıb.


Rusiya Fövqəladə Hallar nazirinin müavini Aleksandr Çupriyan bildirib ki, bu gün sonuncu – 39-cu cəsəd dağıntılar altından çıxarılıb: “Təminat veririk ki, binanın altında daha insan yoxdur. FHN xilasetmə tədbirlərini həyata keçirir”.

Rubrika.Az
Geri qayıt