Əsas Səhifə > Hadisə > Abşeronun bir hissəsi qaranlıqda qaldı

Abşeronun bir hissəsi qaranlıqda qaldı


3-01-2019, 23:42
Abşeronun bir hissəsi qaranlıqda qaldı

Abşeron rayonunun bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranıb. Rubrika.Az "Report"a istinadən xəbər verir ki, fasiləyə bu gün saat 21:00 radələrində yüksəkgərginlikli Saray xəttində baş vermiş qəza səbəb olub.


Nəticədə Abşeron rayon Saray qəsəbəsinin bir hissəsi, Üzümlük yaşayış massivində olan 1000-ə yaxın abunəçinin elektrik enerjisi ilə təchizatı kəsilib.

Sakinlərin sözlərinə görə, qəza səbəbindən Sumqayıt şəhəri ilə Saray qəsəbəsini və Bakı-Quba yolunu birləşdirən general Məhəmməd Əsədov prospektində işıqforların da fəaliyyyəti dayanıb. Nəticədə yolda avtomobillərin və piyadaların hərəkətində müəyyən çətinliklər yaranıb.

"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev "Report"a bildirib ki, hazırda qurumun əməkdaşları qəza yerindədir:

"Hadisədən xəbərimiz var. Dərhal əməkdaşlarımız və texnikamız əraziyə ezam olunub. Hazırda onlar baş verən qəzanın nəticələrini aradan qaldırmaqla məşğuldurlar".


Rubrika.Az
Geri qayıt