Əsas Səhifə > Hadisə > Azərbaycanın qızıl-gümüş bazarı yeni ilə bahalaşma ilə başladı

Azərbaycanın qızıl-gümüş bazarı yeni ilə bahalaşma ilə başladı


4-01-2019, 07:29
Azərbaycanın qızıl-gümüş bazarı yeni ilə bahalaşma ilə başladı

Azərbaycanda qızıl və gümüş bahalaşıb.

Trend-in məlumatına görə, yanvarın 3-də qızılın qiyməti dekabrın 28-i ilə müqayisədə 18,207 manat ataraq 1 unsiya üçün 2190,2715 manat təşkil edib.

Gümüş 0,5232 manat bahalaşaraq 1 unsiya üçün 26,4805 manata bərabər olub.

Trend-ə görə, platinin qiyməti 7,3355 manat azalaraq 1350,1825 manat, palladiumun qiyməti isə 3,4 manat azalaraq 2151,35 manat təşkil edib.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.

Rubrika.az
Geri qayıt