Əsas Səhifə > Hadisə > Nazirlik güclü küləklə bağlı xəbərdarlıq edib
Nazirlik güclü küləklə bağlı xəbərdarlıq edib4-01-2019, 17:19 |
![]() Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Departamentdən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 4-ü günün ikinci yarısından 5-i səhərədək cənub-qərb küləyinin arabir güclənəcəyi, 5-də axşam isə arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. Azərbaycanın rayonlarında yanvarın 4-ü gündüz, 5-də qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir. Rubrika.Az Geri qayıt |