Əsas Səhifə > Hadisə > Kirayədə yaşadığı evin əşyalarını satan ər-arvada hökm oxundu

Kirayədə yaşadığı evin əşyalarını satan ər-arvada hökm oxundu


4-01-2019, 18:08
Kirayədə yaşadığı evin əşyalarını satan ər-arvada hökm oxundu

Kirayədə yaşadıqları evin mebellərin satan ər-arvad məhkəmə qarşısına çıxarılıb.

Rubrika.Az Musavat.com -a istinaden xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Qadir Məmmədov və Sevgül Əmirxanovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən Q.Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib. Ev dustaqlığında olan S.Əmirxanovaya isə şərti cəza verilib.

İttihama görə, rəsmi nigahda olan Q.Məmmədov və S.Əmirxanova kirayə qaldığı Nailə Məmmədovaya məxsus mənzilin mebellərini satıblar. Onlar mebelləri və mənzilin özlərinə məxsus olduğunu iddia ediblər.

Qonşular ev əşyalarının satıldığını görəndə mənzil sahibinə xəbər veriblər.

Bildirək ki, Q. Məmmədov həbsdədir. Lakin S. Əmirxanova barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Rubrika.Az
Geri qayıt