Əsas Səhifə > Hadisə > İranda qarlı hava yol qəzalarını artırdı - 13 ölü, 25 yaralı
İranda qarlı hava yol qəzalarını artırdı - 13 ölü, 25 yaralı5-01-2019, 11:49 |
|
Ötən günün axşam saatlarından bu vaxta qədər İranın müxtəlif vilayətlərində baş verən yol qəzaları nəticəsində 13 nəfər həlak olub, 25 nəfər yaralanıb. Rubrika.Az-ın Trend-ə istinadən məlumatına görə, qəzalarla bağlı İranın Həmədan vilayəti Yol Polisi İdarəsinin rəis polkovniki Rza Əzizinin sözlərinə görə, ötən gecə Həmədanda baş verən 4 yol-nəqliyyat hadisəsi zamanı 4 nəfər həlak olub. Digər 9 nəfər isə İranın Cənubi Xorasan və Şimali Xorasan vilayətlərində baş vermiş yol-nəqliyyat hadisələri zamanı ölüb. Qeyd edək ki, son günlər İranda qar və yağışlar nəticəsində yol qəzalarının sayı artıb. Rubrika.Az Geri qayıt |