Əsas Səhifə > Hadisə > Sumqayıtda piyadanı vurub qaçan sürücü saxlanıldı
Sumqayıtda piyadanı vurub qaçan sürücü saxlanıldı7-01-2019, 20:15 |
|
Sumqayıtda piyadanı vurub qaçan sürücü saxlanılıb. DİN-dən Modern.az-a verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 31-də Nicat Hüseynovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Opel” markalı avtomobilin sürücüsü, Sumqayıt şəhər sakini Zöhrab Novruzov saxlanılıb. Rubrika.Az Geri qayıt |