Əsas Səhifə > Hadisə > Prezident Qubada yol tikintisinə 13 milyon manat ayırıb

Prezident Qubada yol tikintisinə 13 milyon manat ayırıb


8-01-2019, 11:27
Prezident Qubada yol tikintisinə 13 milyon manat ayırıb

Prezident İlham Əliyev yanvarın 7-də Quba rayonunun Susay-Xınalıq avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Rubrika.az "Report"a istinadla xəbər verir ki, səkkiz min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Susay-Xınalıq avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 13 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Rubrika.az
Geri qayıt