Əsas Səhifə > Hadisə > Bakıda keçmiş məhkum həyat yoldaşını bıçaqladı

Bakıda keçmiş məhkum həyat yoldaşını bıçaqladı


8-01-2019, 23:14
Bakıda keçmiş məhkum həyat yoldaşını bıçaqladı

Bakıda qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb. Rubrika.Az “Trend”ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu ərazisində baş verib.


Rayonun Türkan qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş, 1968-ci il təvəllüdlü Balayev Müxalif Fərrux oğlu həyat yoldaşı, 1980-ci il təvəllüdlü Balayeva Cəmalə Yaşar qızı ilə mübahisə edib.

Mübahisə nəticəsində M.Balayev C.Balayevanı bıçaqlayıb.

C.Balayeva xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xəzər rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsilə cinayət işi başlanıb və M.Balayev şübhəli şəxs qismində saxlanılıb.


Rubrika.Az
Geri qayıt