Əsas Səhifə > Hadisə > Salyanda yol qəzasında xəsarət alan 4 nəfərdən biri ölüb - YENİLƏNİB-2

Salyanda yol qəzasında xəsarət alan 4 nəfərdən biri ölüb - YENİLƏNİB-2


9-01-2019, 11:44
Salyanda yol qəzasında xəsarət alan 4 nəfərdən biri ölüb - YENİLƏNİB-2

Ötən gün Salyanda yol qəzasında xəsarət alanlardan biri ölüb.

Yol qəzası nəticəsində xəsarət alanlardan Neftçala rayon sakini, 1956-cı il təvəllüdlü Ağalarova Mirvari Mirəhməd qızı həkimlərin səyinə baxmayaraq xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, ötən gün Ələt-Astara magistral yolunun 51-ci kilometrliyində “Mersedes” markalı avtomobilin yol kənarındakı beton maneəyə çırpılması nəticəsində 4 nəfər xəsarət almışdı.
Faktla bağlı araşdırma aparılır.
*** 18:16
Salyan rayonunda yol qəzasında xəsarət alan şəxslərin adları məlum olub.
“Report”un Aran bürosu xəbər verir ki, bunlar Neftçala rayon sakinləri - 1956-cı il təvəllüdlü Mircəfər Mircabbar oğlu Ağalarov, onun həyat yoldaşı, 1956-cı il təvəllüdlü Mirvari Mirəhməd qızı Ağalarova, 1967-ci il təvəllüdlü Gülqədəm Abduləli qızı Mirzəzadə və 1956-cı il təvəllüdlü Asudə Həsən qızı Cəfərovadır.
*** 17:37
Salyan rayonunda yol qəzası baş verib.
Hadisə bu gün axşam saatlarında Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki “Mercedes” markalı avtomobil idarəetməni itirərək maneəyə çırpılıb, nəticədə 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onların şəxsiyyətləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.

Rubrika.az
Geri qayıt