Əsas Səhifə > Hadisə > Xəzər Dəniz Gəmiçiliyi qasırğa barədə xəbərdarlıq edib
Xəzər Dəniz Gəmiçiliyi qasırğa barədə xəbərdarlıq edib9-01-2019, 20:31 |
![]() Yanvarın 9-10-da hava şəraitinin pisləşməsilə əlaqədar Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (AXDG) Xəzərdə üzən bütün gəmilərinə xəbərdarlıq göndərilib. Bu barədə AXDG-nin məlumatında deyilir. Məlumatda bildirilir ki, hava şəraitinin pisləşməsilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirləri görülüb, qeyd edilən tarixdə təhlükəsiz sığınacaqlara getməsinin təmin edilib. Küləkli havanın müşahidə olunacağı tarixlərdə liman və lövbərlərdə dayanan gəmilərin rəhbər heyətinə gəmidə olmaları və gəmilərin təhlükəsizliyini təmin etmələri tapşırılıb. Xatırladaq ki, həmin günlərdə güclü şimal küləyinin əsəcəyi gözlənilir. Rubrika.Az Geri qayıt |