Əsas Səhifə > Hadisə > Rusiya Müdafiə Nazirliyi erməni muzdlunun Suriyada ölümünü gizlədib

Rusiya Müdafiə Nazirliyi erməni muzdlunun Suriyada ölümünü gizlədib


10-01-2019, 15:51
Rusiya Müdafiə Nazirliyi erməni muzdlunun Suriyada ölümünü gizlədib

2018-ci ilin noyabrın 2-də Suriyada Rusiya və Suriya hərbi qulluqçuları ölüb və ölənlər arasında Andranik Arustamyan adlı erməni də olub.

BBC-nin Rusiya xidmətinin verdiyi məlumata görə, hadisə Dəməşq-Deyr-əz-Zor şosse yolunun üzərində yerləşən keçmiş polis idarəsi binasında meydana gəlib.

Həmin vaxt 11 əsgərin öldürüldüyü bildirilib. Onlardan 6-sı Rusiyanın “Vaqner” hərbi şirkətinə məxsus muzdlular olub.

Erməni mətbuatı əsgərlərdən birinin Andranik Arustamyan olduğunu bildirir. Arustamyan 2-ci ordunun 21-ci motoatcı briqadasının 1-ci taborunun kiçik serjantı kimi fəaliyyət göstərirmiş.

Gələn xəbərlərdə erməni əsilli hərbi qulluqçunun binaya “Ural” avtomobili ilə daxil olarkən şlaqbauma yerləşdirilən mina partlayışı nəticəsində öldürüldüyü qeyd edilir.

Erməni qulluqçunun meyidi, daha doğrusu, qalıqları Orenburq vilayətinin Totskoe kəndində yaşayan yaxınlarına təhvil verilib.

Lakin həmin vaxt əsgərlərin dəfni ilə bağlı xüsusi mərasim təşkil edən Rusiya ordusu bununla bağlı heç bir rəsmi məlumat yaymayıb.

Ekspertlərin fikrincə, bu addım Suriyaya gedəcək “könüllüləri” qorxutmamaq məqsədilə atılıb.

Yaxınları Andranik Arustamyanın Suriyaya pul üçün, həm xəstə atasını müalicə etdirmək, həm də yeni ev almaqdan ötrü getdiyini qeyd edirlər.

Əslində Suriyada əsgərlərin ölməsi xəbərini gizlədilməsi Rusiya üçün adi hal sayılır.

2018-ci ilin fevralın 7-də ABŞ hərbi aviasiyasının keçridiy əməliyyat zamanı “Vaqner”ə məxsus yüzləlrə muzdlunun öldürüldüyü barədə məlumat Rusiya tərəfindən inkar edilməsə də, rəsmi Kreml onların muzdlu olduğunu göstərərək sahib çıxmamışdı.

Rubrika.Az
Geri qayıt