Əsas Səhifə > Hadisə > Quba-Xaçmaz yolunda dəhşətli qəza: 3 nəfər öldü - Foto
Quba-Xaçmaz yolunda dəhşətli qəza: 3 nəfər öldü - Foto10-01-2019, 16:33 |
|
Quba rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxslərin adları məlum olub. Rubrika.Az Qafqazinfo-ya istinadla bildirir ki, iki avtomobilin toqquşması nəticəsində baş verən qəzada sürücü, Rustov kənd sakini, 1979-cu il təvəllüdlü Ramin Əlfəddin oğlu Seyidəhmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Hadisə zaman 3 nəfər faciəvi şəkildə ölüb. Ölənlər: Xaçmaz rayon sakinləri - Coşqun Kamil oğlu Qasımov, Zakir Eldəniz oğlu Abasov, Nahid Teymur oğlu Məmmədov./Report/ *** 11:37 Quba-Xaçmaz yolunun 5-ci kilometrliyində qəza baş verib. 40 BS 143 nömrəli “VAZ 21010” markalı avtomobil 40 BL 944 “Ford” markalı avtomobillə toqquşub. Qəza nəticəsində 2 nəfər vəfat edib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. *** Minik avtomobilində olan 3 nəfər ölüb, bir nəfər isə vəziyyəti ağır olduğu üçün Quba rayon Mərkəzi xəstəxanasına aparılıb. Yük maşının sürücüsünün vəziyyəti yaxşıdır. Hadisəyə ilkin səbəb kimi yüksək sürət həddinin olması göstərilir. *** Quba rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, qəza nəticəsində xəsarət alan bir nəfər xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyəti ağırdır. Rubrika.Az Geri qayıt |