Əsas Səhifə > Hadisə > Ermənistan baş naziri İrəvanı idarə edən partiyadaşlarını fərsiz adlandırıb
Ermənistan baş naziri İrəvanı idarə edən partiyadaşlarını fərsiz adlandırıb10-01-2019, 18:19 |
![]() Ermənistan baş naziri Nikol Paşinyan İrəvan bələdiyyə şurasında özünün rəhbərlik etdiyi “Mənim addımım” blokunun üzvləri ilə görüşüb. Rubrika.Az Musavat.com-a istinaden xeber verir ki, Ermənistanın “Jamanak” qəzetinin verdiyi xəbərə görə, baş nazir həm şəhər rəhbərliyini, həm də partiyadaşlarını sərt şəkildə tənqid edib. Paşinyan onları şəhər iqtisadiyyatını idarə edə bilməməkdə və beləliklə əhalinin narazılığını qazanmaqda suçlayıb. “Jamanak” belə bir situsiyanın yalnız İrəvanda deyil, bütün Ermənistanda müşahidə olunduğunu qeyd edib. Ermənistanın Nikol Paşinyanı müdafiə edən 1-ci informaisya saytı da həm İrəvan merini, həm də onun ağsaqqallar şurasını (Ermənistanda bələdiyyə məclisi belə adlanır-red.) saxta adlandırıb. Sayt bələdiyyə şurasında 80% kimi böyük üstünlüyə rəğmən Paşinyanın köməyi olmadan merin heç bir problemi həll edə bilmədiyini qeyd edib. Yazıda vaxtilə İrəvanın keçmiş meri Taron Marqaryanın da əsində Serj Sərkisyanın müavini kimi davrandığını, bunun isə nəticədə hakimiyyət orqanları və institutlarının deqradasiyasına gətirib çıxardığını bildirilib. “Situasiya həqiqətən olduqca qeyri-adidir. Nikol Paşinyanın mobil komandaya və effektiv sistemə malik olmaması hər gün getdikcə ortaya çıxır. Baş nazirin kadrları yalnız onun reputasiyası və avtoriteti hesabına hərəkət edə bilirlər. Belə olan halda N.Paşinyan qlobal problemlərlə məşğul olmaq yerinə, məsələn, Çarentsavanda (Kotayk vilayətində rayon-red.) bir məktəbin direktoru və ya İrəvanın zibilliklərinin daşınması məsələsini həll etmək məcbuiyyətində qalır”,-deyə məqalədə qeyd olunur. Yazıda N.Paşinyanın yüksək reytinqi fonunda hələ ki bu məsələlərin üstünün örtüldüyü, lakin baş nazirin sabah nüfuzunun aşağı düşməsi ilə olduqca faciəli vəziyyətin yaranacağı vurğulanıb. Rubrika.Az Geri qayıt |