Əsas Səhifə > Hadisə > ABŞ-la sərhəddə 21 yandırılmış cəsəd tapıldı

ABŞ-la sərhəddə 21 yandırılmış cəsəd tapıldı


10-01-2019, 22:21
ABŞ-la sərhəddə 21 yandırılmış cəsəd tapıldı

Meksikanın hökumət orqanları ABŞ ilə sərhəddə yerləşən Tamaulipas ştatında 21 yandırılmış cəsəd aşkar ediblər. Rubrika.Az Modern.az-a istinaden xəbər verir ki, bu barədə “Excelsior” qəzeti məlumat yayıb.

Məlumata görə, yandırılmış cəsədlər narkokartellərin münaqişəsinin qurbanlarıdır. Hadisə Tamaulipas ştatının Migel Aleman şəhəri yaxınlığında törədilib.

Tamaulipas ştatı narkotrafik sistemində əsas regionlardan biridir. Narkokartellər arasındakı münaqişələr səbəbindən orada tez-tez kütləvi qırğınlar törədilir. Hazırda ştatda üç kartel arasında mübarizə gedir.


Rubrika.Az
Geri qayıt