Əsas Səhifə > Hadisə > Şadlıq evindən çıxan iki nəfər körpüdən yıxıldı: 1 ölü, 1 yaralı
Şadlıq evindən çıxan iki nəfər körpüdən yıxıldı: 1 ölü, 1 yaralı10-01-2019, 23:26 |
|
Şəmkir rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Rubrika.Az "Report"a istinadən xəbər verir ki, Göygöl rayonunun Balçılı ərazisində yerləşən şadlıq saraylarının birindən çıxan Şəmkir rayon sakinləri - 1981-ci il təvəllüdlü Mehdixanov Ramin Məzahir oğlu və 1980-ci il təvəllüdlü Rəsulov Ramin Çoban oğlu rayonun Seyfəli kəndinə gedən yolda olan körpüdən yıxılaraq ağır xəsarət alıblar. Hər iki şəxs xəstəxanaya aparılsa da onlardan biri - R.Mehdixanov ölüb, digər şəxs isə ağır halda Gəncə şəhərində yerləşən özəl xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib. İlkin ehtimala görə, hadisə ehtiyatsızlıqdan baş verib. Faktla bağlı araşdırma aparılır. Rubrika.Az Geri qayıt |