Əsas Səhifə > Hadisə > Bakı-Sumqayıt elektrik qatarı iki gün işləməyəcək
Bakı-Sumqayıt elektrik qatarı iki gün işləməyəcək11-01-2019, 10:36 |
![]() Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkəti təmirlə əlaqədar ikigünlük ləğv ediləcək. Rubrika.Az “Report”a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib. Onun sözlərinə görə, Sumqayıt sərnişin stansiyasının tək və cüt yollarında aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq, yanvarın 12-13-ü tarixlərində Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkəti ləğv edilir. Rubrika.Az Geri qayıt |