Əsas Səhifə > Din > "Din adından sui-istifadə edənlər sabitliyi pozmağa, qarşıdurma yaratmağa cəhd göstərirlər" - Komitə sədri
"Din adından sui-istifadə edənlər sabitliyi pozmağa, qarşıdurma yaratmağa cəhd göstərirlər" - Komitə sədri11-01-2019, 13:11 |
![]() "Radikal dini qruplar, din adından sui-istifadə edənlər olduqca təhlükəlidir". Rubrika.Az "Report"a istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. O bildirib ki, hazırda din adı altında gizlənən, dini siyasiləşdirən qruplar var: "Onlar bunun vasitəsilə ayrı-ayrı ölkələrdə ictimai-siyasi sabitliyi pozmağa, qarşıdurma yaratmağa cəhd edirlər. Bəzi ölkələrdə hətta buna nail də olublar. Biz bunu Suriyanın, İraqın, Əfqanıstanın və digər ölkələrin timsalında görə bilərik. Ona görə də dindən sui-istifadəyə qarşı ciddi qabaqlayıcı tədbirlər görülməlidir. Ölkədə bununla əlaqədar müvafiq dövlət orqanları tərəfindən lazımi addımlar atılır". M.Qurbanlının sözlərinə görə, dini radikalizmlə bağlı çəkilən filmlərə gənclərin marağının böyük olduğu müşahidə edilir: "Bu cür filmlər vasitəsilə biz ölkəmizdəki dini durum, dövlət-din münasibətləri, din pərdəsi altında gizlənən radikallar barədə daha dolğun məlumatları ictimaiyyətə, xüsusilə də gənclərə çatdıra bilərik". Rubrika.Az Geri qayıt |