Əsas Səhifə > Hadisə > Alimlər xərçəngin potensial simptomlarını açıqladı
Alimlər xərçəngin potensial simptomlarını açıqladı12-01-2019, 20:11 |
|
ABŞ-ın Makmillan Mərkəzinin alimləri xərçəngin əsas ilkin simptomlarını açıqlayıb. Rubrika.Az Oxu.Az-a istinaden xəbər verir ki, bu haqda “Daily Express” məlumat yayıb. Əsas simptomlar arasında – bağırsaqların və ya sidik kisəsinin işində yaranan dəyişikliklər, möhkəm öskürəklər və səsin xırıldaması, həzm sisteminin pozuntuları və ya qidanın udulması ilə bağlı çətinliklər sadalanır. Bundan başqa, digər əlamətlər arasında yaranın gec sağalması, anormal qanaxma, xalların öz formasını dəyişməsi və s. göstərilib. Alimlər bildirirlər ki, bu simptomlar heç də bütün hallarda xərçəng xəstəliyinin olması anlamına gəlmir. Rubrika.Az Geri qayıt |