Əsas Səhifə > Hadisə > Bakıda bacısını öldürməkdə təqsirləndirilən şəxs Ali Məhkəməyə müraciət edib
Bakıda bacısını öldürməkdə təqsirləndirilən şəxs Ali Məhkəməyə müraciət edib12-01-2019, 22:10 |
![]() Bakıda bacısını qətlə yetirən Elşad Davudovun barəsində olan məhkəmə qərarından kassasiya şikayəti verib. Rubrika.Az "Report"a istinaden xəbərinə görə, Ali Məhkəmədə keçiriləcək iclas yanvarın 16-na təyin edilib. Şikayət hakim Hafiz Nəsibovun sədrliyi ilə araşdırılacaq. Qeyd edək ki, Bakının Nizami rayonu ərazisində məskunlaşan məcburi köçkün, 1977-ci il təvəllüdlü Elşad Davudov bacısı, 1982-ci il təvəllüdlü Turanə Davidovanı yaşadığı evdə bıçaqlayaraq qətlə yetirib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Davudov 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsində E.Davudovun apellyasiya şikayəti təmin olunmayıb, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb. Rubrika.Az Geri qayıt |