Əsas Səhifə > Müsahibə > Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşünün yeri və tarixi açıqlanıb
Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşünün yeri və tarixi açıqlanıb14-01-2019, 11:44 |
|
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında növbəti görüş yanvarın 16-da Fransa paytaxtı Parisdə keçiriləcək. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, danışıqlar ATƏT-in Minsk qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Əndrü Sxofer – ABŞ) vasitəçiliyi ilə baş tutacaq. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik də iştirak edəcək. Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq. Rubrika.Az Geri qayıt |