Əsas Səhifə > Hadisə > 3 gün sonra əsgərliyə gedəcək gənci öldürən şəxs hakim qarşısında

3 gün sonra əsgərliyə gedəcək gənci öldürən şəxs hakim qarşısında


14-01-2019, 12:46
3 gün sonra əsgərliyə gedəcək gənci öldürən şəxs hakim qarşısında

Mübahisə etdiyi gənci küt alətlə vuraraq öldürən 44 yaşlı şəxs hakim qarşısına çıxarılıb.

Rubrika.az Musavat.com-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1975-ci il təvəllüdlü Ərəstun Ərəbovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məlumata görə, Ərəstun daha əvvəl də qəsdən sağlamlığa ağır zərər vurmağa, adam bıçaqlamağa görə məhkumluq həyatı yaşayıb. O, heç bir yerdə işləmədiyini deyib.

Təqsirləndirilən şəxsin vəkili işlə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.

Növbəti məhkəmə iclası yanvarın 21-nə təyin edilib.

Qətl hadisəsi ötən ilin iyul ayında Nəsimi rayonu 3-cü mikrorayon qəsəbəsində baş verib.

Ərəstun Ərəbov metlax qəbulu sexində işləyən Bərdə rayonunda məskunlaşan Laçın rayonundan olan məcburi köçkün 1997-ci il təvəllüdlü Hüseynov Qafar Adıgözəl oğlunu küt alətlə vuraraq qətlə yetirib.

Hadisəyə səbəb kimi tərəflər arasında yaranmış mübahisə göstərilir. Ərəstun Ərəbov mərhumu söyüş söydüyünə görə vurduğunu iddia edir.

Mərhumun yaxınları isə Ərəstun Ərəbovun içkili olduğunu, həm bir səbəb olmadan Qafar Hüseynovu öldürdüyünü deyir. Yaxınlarının dediyinə görə, qətlə yetirilən Qafar Hüseynov 3 gün sonra hərbi xidmətə yollanacaqmış.

Rubrika.az
Geri qayıt