Əsas Səhifə > Hadisə > Kürdəxanıda piyadanı avtomobillə vurub qaçan sürücü saxlanılıb

Kürdəxanıda piyadanı avtomobillə vurub qaçan sürücü saxlanılıb


14-01-2019, 16:52
Kürdəxanıda piyadanı avtomobillə vurub qaçan sürücü saxlanılıb

Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, yanvarın 12-də saat 21 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə Sabunçu qəsəbə sakini İntiqam Məmmədov vurulub. Nəticədə piyada xəstəxanaya yerləşdirilib.

Sabunçu RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Sabunçu qəsəbə sakini Eldar Əliyev saxlanılıb.

Rubrika.Az
Geri qayıt