Əsas Səhifə > Hadisə > Terror aktında 90 nəfər yaralandı
Terror aktında 90 nəfər yaralandı14-01-2019, 22:30 |
![]() Əfqanıstanın paytaxtı Kabildə törədilən terror aktı nəticəsində 90 nəfər yaralanıb. Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, yaralılardan 23-ü uşaqdır. Əfqanıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, axşam saatlarında Kabildə Green Village kompleksi rayonunda partlayıcı yüklənmiş avtomobil partladılıb. Nazirlik nümayəndəsinin bundan əvvəlki açıqlamasında terror aktı zamanı 4 nəfərin öldüyü və 44 nəfərin xəsarət aldığı bildirilirdi. Yerli KİV-lər qeyd edirlər ki, paytaxt aeroportunun bilavasitə yaxınlığında yerləşən və xüsusi mühafizə edilən kompleks əsasən əcnəbilər üçün fəaliyyət göstərir. Rubrika.Az Geri qayıt |