Əsas Səhifə > Hadisə > Ağdaşda yol qəzası olub, ölən və yaralanan var
Ağdaşda yol qəzası olub, ölən və yaralanan var15-01-2019, 09:06 |
|
Ağdaş rayonunda ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Şirvan bürosu xəbər verir ki, hadisə Mürsəl kəndi yaxınlığından keçən magistral yolda baş verib. Belə ki, “Mercedes” markalı minik avtomobili velosipedlə toqquşub. Hadisə nəticəsində 1994-cü il təvəllüdlü velosipedçi Osmanov Məhəmməd Rəşid oğlu yerində ölüb. 1971-ci il təvəllüdlü Abdullayev Elçin Rza oğlu isə ağır vəziyyətdə Ağdaş rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Rubrika.az Geri qayıt |