Əsas Səhifə > Hadisə > İtkin düşən Quba sakini tapıldı

İtkin düşən Quba sakini tapıldı


15-01-2019, 11:59
İtkin düşən Quba sakini tapıldı

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Qubada itkin düşən qadın tapılıb. Rayonun Amsar kənd sakini, 48 yaşlı Güləbətin Zəkiyeva ötən il oktyabrın 5-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Bundan narahat olan ailəsi onun tapılması üçün Quba Rayon Polis Şöbəsinə müraciət edib.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs 14 yanvar 2019-ci il tarixdə Xaçmaz rayonu Arzu kənd ərazisində tapılaraq ailəsinə təhvil verilib.

Rubrika.az
Geri qayıt