Əsas Səhifə > Hadisə > Hacıqabulda ağır yol qəzasında ər-arvad xəsarət alıblar

Hacıqabulda ağır yol qəzasında ər-arvad xəsarət alıblar


15-01-2019, 20:47
Hacıqabulda ağır yol qəzasında ər-arvad xəsarət alıblar

Hacıqabul rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Rubrika.Az “Report”un Mil-Muğan bürosu-na istinaden məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayonun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakı sakini, 1969-cu il təvəllüdlü Rafiq Nuru oğlu Hüseynovun idarə etdiyi "VAZ-2106" markalı avtomobilin təkərinin partlaması nəticəsində yoldan çıxaraq aşıb.

Nəticədə sürücü və avtombildə olan həyat yoldaşı 1962-ci il təvəllüdlü Dilşad Mürsəl qızı Xıdırova müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirlib. Sonuncu kəllə-beyin travması ilə xəstəxananın reanimasiya şöbəsinə köçürülüb.

Faktla bağlı araşdırma aparılır.


Rubrika.Az
Geri qayıt