Əsas Səhifə > Hadisə > Balaca qızcağazı anasından ayırıb, Azərbaycana deportasiya etmək istədilər
Balaca qızcağazı anasından ayırıb, Azərbaycana deportasiya etmək istədilər15-01-2019, 20:51 |
![]() Rusiyanın Həştərxan vilayətində Uşaq Hüquqları Komitəsi acınacaqlı vəziyyətlə qarşılaşan ailəyə yardım edib. Belə ki, balaca qızcağazı anasından ayırıb Azərbaycana deportasiya etmək istəyiblər. Uşağın anasının sözlərinə görə, uzun illər öncə - 15 il əvvəl hamilə qalıb. Ailədə belə qərara gəliblər ki, uşaq doğulsun, amma sənədləşmə böyük bacının adına aparılsın. Sənədlərə əsasən, yeni doğulmuş körpə bacının adına rəsmiləşdirilib. Ötən il uşağın anası hesab edilən bacı ölkədən deportasiya olunub. Qanuna əsasən, uşaq da anasının arxasınca deportasiya edilməlidir. Yeniyetmənin öz anası ilə bir yerdə qalması üçün isə DNT analizinin rəyi vacibdir. Qadının bu cür bahalı ekspertizadan keçməyə maddi imkanı olmayıb. Uşaq ombudsmanı Həştərxan vilayəti üzrə “Azərbaycan” milli-mədəni cəmiyyətinin sədri Vahid Rəhimova müraciət etdikdən sonra maliyyə köməkliyi göstərilib. Rubrika.Az Geri qayıt |