Əsas Səhifə > Dünya > İran telekanalının jurnalisti ABŞ-da həbs olunub
İran telekanalının jurnalisti ABŞ-da həbs olunub16-01-2019, 09:34 |
|
İranın PressTV telekanalının qadın jurnalisti Mərziyə Haşimi Vaşinqtonda saxlanılıb. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü telekanalın "Twitter" mikrobloquna yerləşdirilən məlumatda deyilir. "Bizə PressTV-nin jurnalisti və "xəbərlər"in aparıcısı Mərziyə Haşiminin Vaşinqtonda tutularaq həbs edildiyi xəbər verilib. Onun həbsinin səbəbləri aydın deyil", - deyə məlumatda qeyd edilir. Bildirilir ki, hazırda jurnalistə qarşı heç bir rəsmi ittiham irəli sürülməyib. Rubrika.az Geri qayıt |