Əsas Səhifə > Hadisə > Tbilisidə binada güclü partlayış: ölənlər var - VİDEO

Tbilisidə binada güclü partlayış: ölənlər var - VİDEO


16-01-2019, 22:12
Tbilisidə binada güclü partlayış: ölənlər var - VİDEO

Tbilisidə yaşayış binasında güclü partlayış olub.

Rubrika.Az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, partlayışa səbəb kimi qaz sızması göstərilir.

Binada pəncərələrin şüşələri sınıb, yanğın davam edir.

Bildirilir ki, hadisə nəticəsində iki nəfər ölüb.

Yerli medianın yazdığına görə, binanın altıncı mərtəbəsində baş verən partlayışdan sonra bir neçə mərtəbə uçub.

Hadisə yerində xilasedicilər çalışır. Dağıntılar altında insanların qala biləcəyi istisna olunmur.


Rubrika.Az
Geri qayıt