Əsas Səhifə > Hadisə > Bakıda elektrik dirəyi yük maşınının üzərinə aşıb - FOTO

Bakıda elektrik dirəyi yük maşınının üzərinə aşıb - FOTO


17-01-2019, 18:09
Bakıda elektrik dirəyi yük maşınının üzərinə aşıb - FOTO

Bakının şəhəri Səbail rayonunun Bayıl qəsəbəsində (“Jurnalistlər binası”nın qarşısında) elektrik dirəyi yük maşının üzərinə aşıb.

Rubrika.Az “Report”a istinaden xəbər verir ki, nəticədə yük maşını digər avtomobilə çırpılıb.

Qəza zamanı xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Səbail Rayon İcra Hakimiyyətindən “Report”a bildirilib ki, qəzanın fəsadları aradan qaldırılır.

Qeyd edək ki, foto jurnalist Aygün Muradxanlıya məxsusdur.

Bakıda elektrik dirəyi yük maşınının üzərinə aşıb - FOTO

Rubrika.Az
Geri qayıt