Əsas Səhifə > Hadisə > Özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı ayrılıb

Özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı ayrılıb


17-01-2019, 18:46
Özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı ayrılıb

Prezident İlham Əliyev Azərbaycan Respublikasında özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb.

Rubrika.Az Oxu.Az-a istinaden xəbərinə görə, sərəncama əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının “Azerspace-1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasına 3 milyon manat ayrılır.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılır.


Rubrika.Az
Geri qayıt