Əsas Səhifə > Hadisə > Trampın keçmiş vəkili ona və ailəsinə sui-qəsd olunmasından qorxur
Trampın keçmiş vəkili ona və ailəsinə sui-qəsd olunmasından qorxur17-01-2019, 23:37 |
![]() ABŞ prezidenti Donald Trampın keçmiş şəxsi vəkili Maykl Koen bu günlərdə özü və ailəsi ilə bağlı qorxduğunu açıqlayıb. Rubrika.Az Musavat.com -a istinaden xəbər verir ki, Maykl Koen keçmiş şefinin onun ünvanına tvitterdə və telekanallardakı ritorikasına görə belə bir təhdid hiss etdiyini deyib. ABŞ-ın “ABC News” kanalının verdiyi məlumata görə, Maykl Koen prezidentin ona qarşı “ağısız və əsassız” sözlər sərf etdiyini söyləyir. Onu firkincə, bu, hansısa qeyri-sabit bir adamı ona və ya ailəsinə xətər yetirməyə sövq edə bilər. Qeyd olunur ki, Maykl Koenin Konqresdə dinlənilməsi fevralın 7-nə təyin olunub. Onun həmin prosesdə Donald Trampın Rusiya ilə bağlantıları barədə sensasiyalı açıqlamalar verəcəyi gözlənilir. Bundan daha öncə ABŞ prezidenti “Fox News” kanalına verdiyi müsahibədə keçmiş vəkilini “qorxaq” adlandıraraq, onu daha az həbs cəzası almaq üçün prokurorlara yalan söyləməkdə ittiham etmişdi. Donald Tramp həmçinin əlində Maykl Koenin ailəsinə qarşı kompromat olduğuna dair işarə də vurub. Rubrika.Az Geri qayıt |