Əsas Səhifə > Hadisə > Yer kürəsi asteroidlə toqquşa bilər
Yer kürəsi asteroidlə toqquşa bilər18-01-2019, 10:13 |
|
2068-ci ildə Apofis asteroidi Yerlə toqquşa bilər. Rubrika.Az Life.ru-ya istinadən xəbər verir ki, bununla bağlı Peterburq Dövlət Universitetinin fəza mexanikası kafedrasının mütəxəssisləri açıqlama veriblər. Onlar hesablayıblar ki, 2029-cu ildə asteroid Yerlə Ay arasındakı məsafədən 10 dəfə uzaqlıqda olacaq. “Bu asteroidin unikal xüsusiyyəti 2029-cu il aprelin 13-də Yerlə 38 min kilometr məsafədə olacağının dəqiq müəyyən olunmasıdır”, - məlumatda bildirilib. Asteroid qədim Misirdə şər tanrısının şərəfinə adlandırılıb. Rubrika.Az Geri qayıt |