Əsas Səhifə > Hadisə > Küləyin fəsadları: Bakıda 100-ə yaxın ağac aşıb, maşınlara ziyan dəyib
Küləyin fəsadları: Bakıda 100-ə yaxın ağac aşıb, maşınlara ziyan dəyib18-01-2019, 10:37 |
|
Güclü külək nəticəsində Bakıda 100-ə yaxın ağac aşıb. Bu barədə Oxu.Az-a Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib. Bildirilir ki, yanvarın 16-dan başlayan güclü külək nəticəsində paytaxtın müxtəlif ərazilərində ağacların aşması qeydə alınıb: “Bəzi yerlərdə ağacların aşması və ya budaqlarının sınması zamanı üç maşına ziyan dəyib. Xəsarət qeydə alınmayıb. Eyni zamanda, dörd elektrik dirəyi aşıb, iki qaz xətti əyilib”. Rubrika.Az Geri qayıt |