Əsas Səhifə > Dünya > “YPG-ni Türkiyə üçün biz yaratmışıq” – ABŞ-dan şok etiraf

“YPG-ni Türkiyə üçün biz yaratmışıq” – ABŞ-dan şok etiraf


19-01-2019, 12:50
“YPG-ni Türkiyə üçün biz yaratmışıq” – ABŞ-dan şok etiraf

”Türkiyə üçün yaratdığımız problemləri həll etməliyik”

Rubrika.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Türkiyəyə səfər edən amerikalı senator Lindsey Qraham deyib.

Senator Türkiyənin ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri olduğunu qeyd edib:

“Müttəfiq Türkiyəni qorumalı və Suriyada Türkiyə üçün yaratdığımız YPG/PKK problemini həll etməliyik. YPG-nin siyasi qolu (PYD) PKK-ya bağlıdır. Detallar açıq formada ortadadır”.

Qeyd edək ki, hazırda Türkiyədə olan Lindsey Qraham səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu və müdafiə naziri Hulusi Akarla görüşüb.

Rubrika.az
Geri qayıt