Əsas Səhifə > Hadisə > Rusiyanın bu şəhərindən Azərbaycan sərhədinədək elektrik qatarları işləyəcək
Rusiyanın bu şəhərindən Azərbaycan sərhədinədək elektrik qatarları işləyəcək21-01-2019, 11:09 |
![]() Dağıstanın paytaxtı Mahaçqala şəhərindən Azərbaycan sərhədinədək elektrik qatarları xəttə buraxılacaq. Rubrika.Az Trend-e istinaden məlumatına görə, bu barədə qərar Dağıstan hökumətinin iclasında verilib. İclas zamanı “Dağıstan ərazisində 2019-2021-ci illər üçün əhaliyə şəhərətrafı dəmiryol nəqliyyatı xidmətinin təşkil olunması barədə” müqavilə təsdiq olunub. Bu sənəd Mahaçqala-Xasavyurt, Mahaçqala-Dərbənd və Mahaçqala-Azərbaycan sərhədi istiqamətləri üzrə sərnişin daşımalarını nəzərdə tutur. Bundan başqa, iclas zamanı gələcəkdə Dərbənd-Azərbaycan sərhədi istiqamətində sərnişin daşımaları məsələsini hazırlamaq barədə razılıq əldə olunub. Rubrika.Az Geri qayıt |