Əsas Səhifə > Manşet > SİYASƏT, YOXSA XƏYANƏT? – Mitinqin izi ilə...
SİYASƏT, YOXSA XƏYANƏT? – Mitinqin izi ilə...22-01-2019, 10:41 |
![]() Yaxud, hakimiyyətin içindəki “yeni Əli İnsanov” kimdir? Son günlər ölkənin ictimai-siyasi həyatında süni çaxnaşma, hələ konturları tam bəlli olmayan hansısa qüvvələrin fəallığı ilə müşahidə edilən aktivlik yüksələn xətt üzrə inkişaf etməkdədir. İndi bəzi siyasi analitiklər ictimai dəstəkdən məhrum olmuş həmin qüvvələrin aktivləşməsini AŞPA-nın Azərbaycan əleyhinə qəbul etdiyi sənəddə axtarmağa çalışır. Bir qismi ənənəvi müxalifətin yranmış situasiyadan yararlanmaq cəhdiylə əlaqələndirərək onların “biz hələ varıq” mesajını göndərdiyini düşünür. Hər halda birləşmiş müxalifətin yanvarın 19-da “Məhsul” stadionunda baş tutmuş mitinqi ətrafında müzakirələr günün aktual mövzularından birinə çevrilib. Rubrika.az olaraq xatırladırıq ki, ənənəvi müxalifət sonuncu aksiyasına qədər də dəfələrlə eyni ünvanda mitinqlər təşkil ediblər. Hətta özləri də etiraf edir ki, heç bir aksiya sonuncu qədər kütləvi alınmamışdı. Mitinqdə giriş sözünə əli ilə meydana toplaşanları göstərərək “nəhayət” kəlməsilə başlayan Əli Kərimli də, onun baçşılığını qəbul etmiş digər partiya rəhbərləri də hazırda eyforiyadadırlar. O başqa məsələ ki, əslində eyforiyaya qapılmağa, ümüdlənməyə ciddi səbəb yoxdur. Mitinq iştirakçılarının sayı ilə bağlı mübahisələrə qoşulmadan yalnız onu bildirək ki, rəsmi açıqlamalarda meydana 2800 nəfərin gəldiyi bildirilir, müxalifət onminlərdən dəm vurur. Təbii ki, onminlərin meydanda olmasına heç özləri də inanmırlar, sadəcə bu müxalifətin hakimiyyətlə həmişəki “əsəb savaşı”nın növbəti epizodundan başqa heç nə deyil. Amma diqətlərdən yayınmayan fakt odur ki, sonuncu aksiyada “Məhsul” meydanına əvvəlkindən daha çox iştirakçı təşrif buyurmuşdu. Sayları hakimiyyəti təşvişə salacaq qədər olmasa da hər halda bu müxalifətin nail olduğu sonuncu “uğurlu statistika” kimi diqqət çəkməkdədir. Sual olunur, nə baş verir? Radikal müxalifəti radikallaşmağa cəsarətləndirən hansı şərait var ki, onlar hətta mitinqin ertəsi günü “Şəhidlər Xiyabanı”na yürüş zamanı da çaxnaşma yaratmaqdan çəkinmədilər, aşkar şəkildə Azərbaycan polisini provakasiyaya çəkməyə cəhdlər etdilər? Nə baş verir ki, hər kvartalda bir dəfə “Məhsul”da toplaşmaqla xaricdəki ağalarına “hələ ayaqdayıq” mesajını verməklə kifayətlənən müxalifət indi birdən birə hətta paytaxt küçələrində qanunsuz yürüşlərə belə hazır olduqlarını bəyan edirlər? Əcaba, Azərbaycanda qarışıqlıq salmaq istəyənlər kimlərdir ki, radikal müxalifət qüvvələrinin arxasında gizlənərək Azərbaycan hakimiyyətinə güc nümayiş etdirmək sevdasına düşüb? Siyasətdə naşı olmayanlar xatırlayar ki, ölkəmizin çox da uzaq olmayan keçmişində radikal müxalifətin bu cür “qalxma-enmə” periodları daim olub. Bir qayda olaraq onların “qalxma” mərhələləri birmənalı olaraq üçüncü qüvvələrin maliyyə yardımları ilə müşahidə olunmaları da sirr sayılmamalıdır. Onlara bu maliyyə yardımları isə ya ölkə hüdudlarından kənarda, ya da hakimiyyətin içində olub. Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin, eləcə də hazırda məhkumluq həyatı yaşayan sabiq səhiyyə naziri Əli İnsanovun zaman-zaman radikal müxalifətlə “təmənnalı siyasi təmasları” olub və bu sonradan faktlarla da sübuta yetirilib. Adıçəkilən hər iki sabiq zamanında radikal müxalifətə gizli maliyyə yardımı göstərməklə onlarla siyasi işbirliyinə getmiş və özlərinin məkrli planlarını realaşdırmağa çalışmışlar. Odur ki, radikalların indiki fəallığını nəzərə alaraq hakimiyyət daxilindəki hansısa “x” məmurun onlara gizli mesajlar ötürərək, müxalifəti fəallaşdırdığını düşünmək səbəblər yox sayılmamalıdır. Məlumdur ki, prezident İlham Əliyev son aylar kölgə iqtisadiyyatınn ləğvi, rüşvət və korrupsiyanın aşkarlanması məqsədilə ciddi struktur dəyişikliklərinə start verib. Mümkündür ki, məhz bu islahatlar və struktur dəyişiklikləri şərti olaraq adını “gizli Əli İnsanov” qoyduğumuz məmuru narazı salıb və indi baş verənlər həm də həmin gizli hakimiyyət təmsilçisi ilə radikal müxalifətin sövdələşməsindən formalaşan mənzərədir. Bir qədər obrazlı ifadə etsək, hazırda duman bir qədər qatıdır, duman çəkildikdən sonra isə həmin gizli “X”-ın kimliyinə də aydınlıq gələcək. Eləcə də şok sayılacaq digər nüanslara... Bizə isə gözləmək qalır.. Rubrika.Az Geri qayıt |