Əsas Səhifə > Hadisə > Fevraldan paytaxtda 240 taksi duracağı quraşdırılacaq

Fevraldan paytaxtda 240 taksi duracağı quraşdırılacaq


22-01-2019, 22:45
Fevraldan paytaxtda 240 taksi duracağı quraşdırılacaq

Fevral ayından etibarən Bakıda 240 taksi duracağı quraşdırılacaq.

Rubrika.Az AZƏRTAC-a istinaden xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin idarə heyətinin sədri Vüsal Kərimli deyib.

V.Kərimli əlavə edib ki, taksi duracaqlarının sərnişinlərin yaxın olduğu ərazilərdə və yol axınına maneə yaratmayacağı yerlərdə qurulması nəzərə alınıb. Duracaqlar qurularkən asfalt səthi dəyişdiriləcək, piyadaların təhlükəsizliyi üçün məhəccər qoyulacaq. Bu duracaqlardan "fərqlənmə nişanı" alan taksilər istifadə edə biləcək.


Rubrika.Az
Geri qayıt