Əsas Səhifə > Hadisə > Məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub
Məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub22-01-2019, 23:45 |
|
Bərdə rayonunda yanğın olub. Oxu.Az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə rayonun Uğurbəyli kəndində baş verib. Məcburi köçkünlərin məskunlaşdığı bir mərtəbəli binada bir otağın yanar konstruksiyaları 16 m² sahədə və binaya bitişik ümumi sahəsi 44 m² olan qamışdan ibarət tikilinin yanar konstruksiyaları 20 m² sahədə yanıb. Binanın və tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Rubrika.Az Geri qayıt |