Əsas Səhifə > Təhsil > ADPU-nun Şamaxı filialının tələbəsi ilə bağlı yayılan məlumatlar yalan çıxdı

ADPU-nun Şamaxı filialının tələbəsi ilə bağlı yayılan məlumatlar yalan çıxdı


23-01-2019, 13:01
ADPU-nun Şamaxı filialının tələbəsi ilə bağlı yayılan məlumatlar yalan çıxdı

Bu gün bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Pedoqoji Universitetinin Şamaxı filialının tələbəsinin guya zəhərlənərək dünyasını dəyişməsilə bağlı informasiyalar yayılıb.

Məsələnin ciddiliyini nəzərə alaraq bu məsələ ilə bağlı jurnalist araşdırması apardıq. Rubrika.az əməkdaşının adıçəkilən təhsil ocağından əldə etdiyi məlumatda bildirilib ki, Azərbaycan Pedoqoji Universitetinin Şamaxı filialının Riyaziyyat-informatika fakultəsinin 2-ci kurs tələbəsi Nəcibli Güldəstə Elçin qızı ilə bağlı mediada yayılmış informasiyalar təhrif edilərək şişirdilib.
Filialın tədris və elmi işlər üzrə direktor müavini Şahsəddin Mikayılovla əlaqə saxlayan əməkdaşımız baş verənlərlə bağlı həqiqətləri öyrənə bilib. Direktor müavinin saytımıza verdiyi məlumata görə ikinci kurs tələbəsi Nəcibli Güldəstənin səhhətində müəyyən narahatlılar müşahidə olunduğundan o xəstəxanaya müraciət edib: "Tələbəmizə lazimi tibbi yardım göstərilib və bundan sonra o evə buraxılıb. hazırda o müalicəsini ev şəraitində davam etdirir və həyatı üçün hansısa təhlükə yoxdur. Təəssüflə bildiririk ki, bəzi saytlar dezinformasiya yayaraq tələbəmizin dünyasını dəyişdiyini iddia ediblər. Bir daha rəsmən bildirirəm ki, bu ağ yalandır və kimlərinsə uydurmasından başqa heç nə deyil".

Aygün
Rubrika.Az
Geri qayıt